Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, coğrafi biliklərin artırılması və asudə vaxtın səmərəli təşkili məqsədilə "Vətəni tanı!" intellektual oyunu keçirilib. Yarışda 5 komanda iştirak edib. Qaydalara əsasən iştirakçılar Azərbaycanın inzibati ərazi vahidlərini əks etdirən vektorial hissələri xəritə üzərində düzgün şəkildə yerləşdirərək vahid Azərbaycan xəritəsini ən qısa müddətdə tamamlamalı olublar. Yekun nəticələrə əsasən "Şahbuz" komandası birinci, "Kəngərli" komandası ikinci, "Culfa" komandası isə üçüncü yeri tutub. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən digər komandalara isə fəxri fərman təqdim edilib.